Katarakta xəstəliyi nədir?

Yəqin ki, bir çoxlarınız bu xəstəliyi eşitmisiniz, yaxud kimlərinsə gözündə ağ, bulanıq ləkələr görmüsünüz. Bu kataraktanın əlamətidir. Bəs katarakta nədir?
Katarakta , görmədə vacib rol oynayan göz büllurunun şəffaflığını itirməsi və solğunlaşmasıdır.
Bu zaman ikitərəfli görmə pozulur, oxumaqda çətinlik, solğun görmə, gecə görmə qabiliyyətinin pisləşməsi, görmə qabiliyyətinin azalması və işığa həssaslıq və s. əsas simptomlar əmələ gəlir.
Lakin çoxlarında belə bir inanc vardır ki, katarakta yalnız yaşlılarda görülən bir xəstəlikdir.
Xeyr əslində ele deyildir.
Yaşdan asılı olaraq katarakta riskinin əhəmiyyətli dərəcədə artdığı doğrudur. Lakin bu hər yaşda görülə bilən bir xəstəlikdir. Anadangəlmə də, ola bilər, yaxud kortizon tərkibli dərmanların istifadəsi, göz alınan travmalar, güclü günəşə məruz qalma, istidən də, yarana bilər...