Göz qapağı iltihabı
Hər yaşda müşahidə oluna bilən bu xəstəlik, simptomlardan biri və ən əsası göz qapağında şişlik hissidir. Bu vəziyyət bəzən kənardan aydın şəkildə görünə bildiyi kimi, bəzən isə yalnız xəstə tərəfindən hiss olunur.
Digər bir simptom isə kirpik bölgəsində qızartı şəklində özünü göstərir. İşığa həssaslıq da xəstəliyin simptomları arasındadır.
Xəstəliyin müayinəsi ilə qısa müddətdə diaqnoz qoyula və dərman müalicəsinə başlanıla bilər. Müalicə evdə də davam etdirilə bilər, ancaq həkim nəzarəti altında sağalma prosesi daha da sürətlənmiş olacaq.