Qlaukoma

Qlaukoma

El arasında “Qara su” kimi tanınan qlaukoma xəstəliyi, yüksək göz daxili təzyiq nəticəsində görmə sinirinin zədələnməsi, bununla da xəstənin görmə sahəsinin tədricən daralması və müalicə olunmadığı təqdirdə görmənin geridönməz itiriməsinə səbəb olan xəstəlikdir. Özünü xəstəliyin ən son mərhələsində bildirən hiyləgər qlaukoma gec diaqnoz olunduqda görmə sinirinə çox ciddi və bərpa olunmaz zədə vura bilər. Görmə siniri çoxsaylı sinir liflərindən ibarətdir.

Bu sinir lifləri vasitəsi ilə gözdən siqnallar beyinə göndərilir. Görmə sinirinin zədələnməsi zamanı görmə sahəsinin kənarlarında onun itməsi baş verir. Göz daxili təzyiqin artması, görmə sinirinin zədələnməsi və görmə sahəsində qüsurların əmələ gəlməsi qlaukomanın əsas əlamətləridir. Görmə sinirinə qlaukomanın zədələyici təsiri davam etdikcə və xəstəlik ağırlaşdıqca xəstələrin görmə sahəsi kəskin daralır, mərkəzi görmə zədələnir və görmə qabiliyyəti geridönməz şəkildə itirilir.