Katarakta
Katarakta bəbəyin arxasında yerləşən və görməmizdə vacib rol oyanayan büllurun şəffaflığını itirərək bulanıqlaşması və tədricən görmənin itməsinə səbəb olan xəstəlikdir. Yunan dilindən tərcümədə katarakta – “şəlalə” deməkdir. Qədim yunanlar belə hesab edirdilər ki, katarakta zamanı bəbəyin bulanıq boz rəngi onun üzərinə şəlalə kimi düşən və görməni zəiflədən pərdə ilə bağlıdır. Kataraktalı xəstə ətrafa sanki “çirkli pəncərə” arxasından baxır. Xəstəliyin son həddində gözün rəngi mirvariyə oxşadığından, xalq arasında kataraktaya Mirvari suyu da deyilir.
Katarakta yaşla bağlı yaranan xəstəlik olub, əsasən orta yaşdan yuxarı şəxslərdə rast gəlinsə də yenidoğulmuşlarda, şəkərli diabet xəstələrində, göz nahiyyəsindən travma alan şəxslərdə, uzun müddət kortizolla müalicə alan xəstələrdə də yarana bilər.
Əlamətləri:
- Görmənin tədricən zəifləməsi
- İşığa həssaslığın artması (gözlərin qamaşması)
- İkili görmə
- Oxumanın çətinləşməsi
- Gecə görmənin zəifləməsi
- Rəngləri solğun və ya sarımtıl görmə
- Göz önündə ləkələrin görünməsi
- Eynək nömrələriinin sürətlə dəyişməsi