Eynək gözləri tənbəlləşdirir?

Eynek gozleri tenbellesdirir?

Bəzən pasientlərdə, xüsusilə uşaqlarına eynək təyin olunmuş valideynlərdə səhv olaraq eynək görməni pisləşdirəcək, gözü tənbəlləşdirəcək fikirləri yaranır. Digərlərində isə bir müddət eynək istifadəsindən sonra görmə bərpa olunub düzələcək fikri formalaşır.

Gözün refraksiya növündən asılı olaraq eynəklər yaxına görmənin, uzağa görmənin korreksiyası üçün yaxud daimi istifadə üçün təyin olunur.
Burada yaş faktoru, eynək təyin olunan şəxsin peşəsi, görmə itiliyi (faizlə), eynək təyini prosesində bəbək genişləndirən damladan istifadə olunması, hətta eynək çərçivəsinin məqsədə uyğun seçilməsi, eynəyin burun və qulaqda necə oturması və s. amillər rol oynayır.