Çəpgözlük

Çəpgözlük gözlərin müştərək fəaliyyətinin və paralelliyinin pozulmasıdır. Hər göz almasını idarə edən 6 ədəd xarici əzələsi var. Bu əzələlərdən biri və bir neçəsi daha güclü və ya daha zəif olduğu halda çəpgözlük yarana bilər. Bir göz düz baxan zaman, o biri göz daxilə burun tərəfə, xaricə qulaq tərəfə, yuxarı alın tərəfə və ya aşağı ayağa tərəf baxır.
ÇƏPGÖZLÜYÜN ƏLAMƏTLƏRİ
Gözlərin qeyri-paralel görünməsi
Baş ağrısı
İkili görmə
Üç ölçülü görmə itkisi
Bulanıq görmə
Başın və ya boyunun bir tərəfə dönməsi