"Ağıllı" linza nədir?

Göz xəstəliklərinin korreksiyasında tətbiq olunan ən müasir və effektli vasitə - smart (ağıllı) linzalardır. Bu linzalar hazır formada xüsusi injektorlarda yerləşdirilmiş şəkildə olur və pasiyentin təbii bülluru aspirasiya edildikdən sonra onun yerinə implantasiya olunur. Bundan sonra eynek istifadəsinə ehtiyac qalmır - pasiyent eynəksiz kitab oxuyur, yaxın və uzaq məsafədəki yazı və cismləri rahatlıqla görür.

Bu gün "ağıllı” linzalar gözdaxili linza texnologiyasında ən son nailiyyət hesab olunur. Müxtəlif səbəblərdən gözdəki təbii büllurun bulanması (mirvari suyu) və ya yaşa bağlı yaxını görmə qabiliyyətinin zəifləməsi, gənc şəxslərdə uzağı görmə zəifliyi - miopiya zamanı eksimer lazer korreksiya etmək mümkün olmadıqda “ağıllı” linza ən aktual müalicə seçimidir.

Onlayn qəbula yazılaraq vaxtınıza qənaət edin

Ən qısa zamanda nümayəndəmiz sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirəcək.

Qəbula yazıl
Bir kliklə WhatsApp-a yazın