Göz soyuqdəyməsi

Gözlərdə yaranan əsas narahatlıqlardan biri də "göz soyuqdəyməsi" (konyuktivit) dediyimiz, gözdən iltihab axması ilə müşayiət olunan haldır. Bu çirk qızartıya, göz yaşı, qaşınma və ağrıya səbəb olur. 

Göz iltihabı hansı səbəblərdən yaranır? 

Göz soyuqdəyməsi səbəblərindən biri viruslardır. Digər səbəbləri bakteriya, allergik reaksiya və kimyəvi qıcıq ola bilər.

İlk əlaməti gözün qızarması və yaşarmasıdır. Bəzən insan gözünə nə isə düşmüş kimi hiss edir özünü. Digər əlamətləri arasında isə bunlar yer alır:

- səhər oyanarkən göz qapaqlarının yapışıq olması

- sarı və ya yaşıl axıntının olması (əsasən bakteriyaya bağlı infeksiya)

- şəffaf bir mayenin gəlməsi (əsasən virusa bağlı infeksiya ya da allergik reaksiya)

- qaşınma, yanma və ya gözə qum dənəsi düşmüş kimi bir hiss (əsasən virusa bağlı infeksiya ya da allergik reaksiya).

- oxşar əlamətləri daşıyan bir ailə üzvü (birindən digərinə yoluxan infeksiya), yəni kimdənsə yoluxma

- parlaq işıqda gözün ağrıması (fotofobiya da deyilir).

Onlayn qəbula yazılaraq vaxtınıza qənaət edin

Ən qısa zamanda nümayəndəmiz sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirəcək.

Qəbula yazıl
Bir kliklə WhatsApp-a yazın