Göz yaşının əhəmiyyəti

Göz yaşı toz, duman, külək kimi müxtəlif təsirlər səbəbindən kirlənən göz səthini təmizləyir və iltihablanmasının qarşısını alır. Göz qırpılması nəticəsində bütün göz səthinə yayılır və göz səthini nəmləndirir.
Göz yaşı iki cür olur:
- daimi göz yaşı
- reaksiya göz yaşı.

Daimi göz yaşı göz üzərinin hər zaman nəm qalmasını təmin edir və az ifraz olunur. Reaksiya göz yaşı isə aglama və allergiya, gözə toz və ya yad cisim düşməsi zamanı gözün reasiyası nəticəsində ifraz olunur.

Hər iki halda göz qapaqları ilə göz səthi arasındakı sürtünmə azalır. Ağlama və ya gözdə zədələnmə hallarında normadan artıq göz yaşı ifraz olunması refleks göz yaşı ifrazı adlandırılır və tərkibcə normal göz yaşından fərqlənir. Paradoks kimi görünsə də gözü sulanıb yaşaran insanlarda da quru göz sindromu ola bilər.

Onlayn qəbula yazılaraq vaxtınıza qənaət edin

Ən qısa zamanda nümayəndəmiz sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirəcək.

Qəbula yazıl
Bir kliklə WhatsApp-a yazın