Göz təzyiqi nədir?

Gözdə təzyiqin artması adətən gicgah nahiyələrində olan baş ağrıları, xüsusilə gözlərin hərəkəti zamanı göz ağrıları, gözlərdə yorğunluq kimi simptomlarla özünü büruzə verir.

Gözlərdə diskomfort, xüsusilə kompüterdə işlədikdə və kiçik hərflərlə yazılan mətnləri oxuduqda hiss olunur. Ən ağır hallarda isə gözlərin qızarması, görmənin pozulması kimi simptomlar meydana çıxır.

Göz təzyiqinin kəskin və yüksək artması nəticəsində adətən başgicəllənmələri, ürəkbulanmaları və qusma kimi simptomlar müşahidə edilir. Lakin bəzi hallarda yüksək göz təzyiqi əlamətsiz davam edir ki, məhz bu səbəbdən də 40 yaşından yuxarı qrupa aid insanlara mütəmadi olaraq profilaktik tədbir olaraq göz müayinəsindən keçməyi tövsiyə edirik.

Onlayn qəbula yazılaraq vaxtınıza qənaət edin

Ən qısa zamanda nümayəndəmiz sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirəcək.

Qəbula yazıl
Bir kliklə WhatsApp-a yazın