Kornea

İnsan gözünün ən ön hissəsində yer alan şəffaf və yüksək qırıcılıq xüsusiyyətinə malik olan toxumadır. Ön səthinin mailliyi və şəffafkornea-2lığı sayəsində gözə paralel olaraq gələn şüalar qırılaraq retina üzərində birləşmək üzrə bir-birinə yaxınlaşırlar və göz mərcəyindən də keçdikdən sonra retina üzərində cəmləşirlər. Yəni görmə funksiyanın uğurla həyata keçməsi üçün kornea formasının düzgün olması və şəffaflığının qorunması lazımdır.

Kornea Nəqli (Keratoplastika); Şəffaflığını itirmiş yada forması pozulmuş kornea toxumasının müəyyən böyüklükdə dairəvi şəkildə çıxarılaraq yerinə vəfat etmiş birindən götürülən və yenə uyğun miqyasda kəsilərək hazırlanmış sağlam kornea toxumasının yerləşdirilməsi əməliyyatıdır. Günümüzdə ən çox görülən və müvəffəqiyyət nisbəti ən yüksək toxuma nəqlidir.

Başqasından götürülən kornea toxuması bu toxumaya ehtiyacı olan xəstə ilə uyum yaradır.Son zamanlar əməliyyat növlərində və istifadə edilən materialların inkişaf etdirilməsi, hüceyrə qoruyucu xüsusi maddələrin istifadə edilməsi, götürüləcək olan kornea toxumasının sağlam və sterilləşdirilmiş şəraitdə əldə edilməsi, toxuma keyfiyyəti və uyğunluğunun yoxlanılması ilə bu əməliyyatın müvəffəqiyyət nisbəti daha da artmışdır.

Onlayn qəbula yazılaraq vaxtınıza qənaət edin

Ən qısa zamanda nümayəndəmiz sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirəcək.

Qəbula yazıl
Bir kliklə WhatsApp-a yazın