Keratokonus

Keratokonus, sürətlə artan miopiya və astiqmatizmlə gözün ön şəffaf təbəqəsinin, korneanın incəlməsi və qabarması ilə müşahidə edilən xəstəlikdir. Keratokonus 20 və 40 yaş arasında sürətlə artır, 40 yaşından sonra xəstəliyin inkişafı dayanır.

Kornea gözünüzün ən vacib orqanıdır. İşıq korneadan keçib gözünüzə daxil olur. Aydın görmək üçün kornea işıq şüalarını sındırır və ya fokuslaşdırır. Keratokonus xəstəliyi korneanı dəyişdirərək görmə qabiliyyətini pozur. Keratokonus, nəqliyyat vasitələrini idarə etmək, kompyuterdə çap etmək, televizora baxmaq, mütaliə etmək kimi bəzi fəaliyyət növlərini mürəkkəbləşdirə bilər.

Onlayn qəbula yazılaraq vaxtınıza qənaət edin

Ən qısa zamanda nümayəndəmiz sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirəcək.

Qəbula yazıl
Bir kliklə WhatsApp-a yazın