Uşaq kataraktları

Bu xəstəliyə uşaqlar da tutula bilər. Bu faktın özü sübut edir ki, katarakta “sinn xəstəliyi” deyil. Amma o orta yaşdan sonra daha tez-tez baş verir. Ümumiyyətlə isə, xəstəliklərin böyük əksəriyyəti məhz bu yaşlarda adamın yaxasından yapışır. Hippokrat deyir ki, insan 40 yaşında ya özünün həkimi olmalı, ya da səfehdir. Biz anadan olandan ömrümüzə balta vurmaqla məşğuluq. Nə qədər gəncik orqanizm bu zərbələrə birtəhər dözür. 40 yaşa çatanda daha tab gətirə bilmir.

Və müxtəlif orqanlar bir-bir sıradan çıxır. Katarakta da əslində orqanizmin tamlığının pozulmasından başqa bir şey deyil. Yaxşı ki, bu tamlığı bərpa etmək mümkündür. Katarakta gözün zədələnməməsi sayəsində də baş verə bilər. Bu isə yaşdan asılı deyil. Güclü zərbə, kəsilmə, deşilmə, termal və ya kimyəvi təsirə məruz qalmaq da katarakta əmələ gətirə bilər. Kataraktanın kliniki simptomlarının inkişafı büllur bulanıqlarının harada yerləşməsilə
əlaqədardır. Əgər katarakta büllurun kənar hissəsində yaranıbsa, siz bir dəyişiklik hiss etməyəcəksiniz. “Bulanma” büllurun mərkəzinə nə qədər yaxındırsa, görmə qabiliyyətində bir o qədər problemlər yaranacaq. Bu halda hər şeyi torlu görəcəksiniz.

Hətta bir şəkil gözünüzdə qoşa görünə bilər. Çox vaxt işıqdan qorxma hissi yaranır. Bir gözlə yaxşı görürsünüz, o biri gözlə zəif. Normal halda qara görünən bəbək, bu halda ağara, sarımtıl rəng ala bilər. Bütün bunlar güclənə bilər və eynəyinizi daha güclüsü ilə əvəz etmək məcburiyyətində qala bilərsiniz. Bu nişanələr varsa, onda həkimə müraciət etmək lazımdır. Ancaq həkim bu vəziyyətdə dəqiq diaqnoz qoya bilər.

Onlayn qəbula yazılaraq vaxtınıza qənaət edin

Ən qısa zamanda nümayəndəmiz sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirəcək.

Qəbula yazıl
Bir kliklə WhatsApp-a yazın