Uşaqlarda çəpgözlük

Erkən yaşlarda çəpgözlükdən əziyyət çəkmiş valideynlərin övladlarında, qohum nigahlarda doğulan körpələrdə çəpgözlük riski daha yüksəkdir. Valideyn cox zaman yanlış olaraq düşünür ki, çəpgözlük sadəcə kosmetik defektdir. Normalda iki gözün bir nöqtəyə baxmaq qabiliyyəti sayəsində beyin iki görüntünü birləşdirərək 3 fəzalı obraz yaradır.

Çəpgöz uşaqlarda isə bir göz obyektə, digəri fərqli tərəfə baxdığı üçün beyinə iki fərqli görüntü göndərilir. Bu halda beyin yanlış tərəfə baxan gözdən gələn görüntünü yoxa sayacaq. Sanki beyin bir gözu (“tənbəl göz”) görmə prosesindən xaric edir. Nəticədə:

1)iki gözün birgə görmə qabiliyyəti-binokulyar görmə itir;

2)uşağın əşyaları dərindən görmə duyğusu, 3D görmə pozulur;

3)əksər hallarda çəpləşən gözdə ambliopiya, başqa sözlə “göz tənbəlliyi” yaranır.

Belə göz quruluş baxımından normal olsa da, zəif görür və uzunmüddətli, davamlı müalicə tələb edir.

Onlayn qəbula yazılaraq vaxtınıza qənaət edin

Ən qısa zamanda nümayəndəmiz sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirəcək.

Qəbula yazıl
Bir kliklə WhatsApp-a yazın