Katarakta

Katarakta bəbəyin arxasında yerləşən və görməmizdə vacib rol oyanayan büllurun şəffaflığını itirərək bulanıqlaşması və tədricən görmənin itməsinə səbəb olan xəstəlikdir. Yunan  dilindən tərcümədə katarakta – “şəlalə” deməkdir. Qədim yunanlar belə hesab edirdilər ki, katarakta zamanı bəbəyin bulanıq boz rəngi onun üzərinə şəlalə kimi düşən və görməni zəiflədən pərdə ilə bağlıdır. Kataraktalı xəstə ətrafa sanki “çirkli pəncərə” arxasından baxır. Xəstəliyin son həddində gözün rəngi mirvariyə oxşadığından, xalq arasında kataraktaya   Mirvari suyu  da deyilir.

Katarakta yaşla bağlı yaranan xəstəlik olub, əsasən orta yaşdan yuxarı şəxslərdə rast gəlinsə də yenidoğulmuşlarda, şəkərli diabet xəstələrində, göz nahiyyəsindən travma alan şəxslərdə, uzun müddət kortizolla müalicə alan xəstələrdə də yarana bilər.

Əlamətləri:

Görmənin tədricən zəifləməsi

İşığa həssaslığın artması (gözlərin qamaşması)

İkili görmə

Oxumanın çətinləşməsi

Gecə görmənin zəifləməsi

Rəngləri solğun və ya sarımtıl görmə

Göz önündə ləkələrin görünməsi

Eynək nömrələriinin sürətlə dəyişməsi

Onlayn qəbula yazılaraq vaxtınıza qənaət edin

Ən qısa zamanda nümayəndəmiz sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirəcək.

Qəbula yazıl
Bir kliklə WhatsApp-a yazın